Страна: Азербайджан
Асиф Джалил оглу Кенгерли (Маммадли) – в 1954 г. родился городе Нахчыван. Учился в Азербайджанском Государственном Медицинском институте в Баку. В настоящее время работает психиатром-наркологом. Асиф Кенгерли начал свою творческую деятельность в 48 лет. Его первое произведение «Bəla» была издана в 2002 году. Впоследствии вышли: «Bəla» и «Беда» (Баку, 2007), «Отрава» и «Дьявольская вода» (Баку, 2012 на азербайджанском языке), «Bela» (Стамбул, 2014), в том числе «Всё о табакокурении» (2016), «Алкоголь – враг здоровья и здорового образа жизни» и «Наркомания – «оружие» уничтожения семьи» (2017). Была постановка пьесы «Bəla» в театре, которая прошла с аншлагом. Пьеса «Беда» и «Отрава» входит в золотой фонд национального радио. Также завершен фильм (2018), в котором автор снялся в роли главного врача. Асиф Кенгерли удостоин почётных премии «Qızıl qələm» («Золотое перо», 2012), «İlin vətənpərvər adamı» («Патриот года», 2013), а также входит в Союз Писателей Народов Мира (2016).
Country: Azerbaijan
Asif Jalil oghlu Kangarli (Mammadli) was born in 1954 in Nakhichevan city. Studied at the Azerbaijan State Medical Institute in Baku. He is currently working as a psychiatrist-narcologist. He started his artistic creativity in 2002 when he was 48 years old. His first work «Disaster» was published in 2002 Subsequently came out: «Disaster» and «Trouble» (Baku, 2007), “Venom” and “Water of evil” (Baku, 2012 in Azerbaijani), «Disaster» (Istanbul, 2014), including «Everything About Tobacco Use» (2016), «Alcohol — the Enemy of Health and Healthy Lifestyle» and «Drug — the Weapon for Family Destruction» (2017). There was a production of the play «Disaster» in the theater, which was sold out. The play «Disaster» and «Venom» is included in the golden fund of the national radio. Also completed the film (2018), according to the script of the author, in which he starred as the chief physician. Asif Kangarli is the laureate of “Golden pen” (2012) and “Patriot of the year” (2013). He is a member of the World Peoples Writers Union (2016).
Отрывок из драматургии “ZƏHRİMAR”
ZƏHRİMAR
Şəhərimizin Söyüdlü məhləsində əlli beş-əlli altı yaşlarında bir kişi var. Adı Teymurdu, amma tay-tuşları ona hərdən “Tütün Teymur” da deyirlər. Bu ayamanı ona kim yapışdırıb — bilən yoxdu, amma yerində yapışdırıb, çünki onu siqaretsiz təsəvvür eləmək mümkün deyil. Onu ha vaxt, harada görsəz, mütləq siqaretlə görər- siz, zalım oğlu odu-oda yandırır! Teymur kişinin kvadrat bığının ortası, seyrək dişləri, sağ əlinin iki barmağı oddan yanıb saralmış olar. Əgər işdi, təzə paltar geysə, bilin ki, o paltar beş günün içində deşik-deşik olacaq. Bunu görən arvadı Fatma xanım yenə deyinəcək, aralarında söz-söhbət olacaq. Axırda hövsələsiz Teymur arvadını söyüb yamanlayıb evdən çıxacaq. Hasar qapısının çırpılmağın- dan bilmək olur ki, kişi evdən acıqlı gedir.
Bu gün də elə oldu: gəlin şüşəbənddə uşağı yedizdirirdi. Teymur kişi də ki, televizora baxa-baxa siqaretini tüstülətməyindəydi… Uşaq tütün iyinə dözə bilməyib asqırdı, ağlamağa başladı. Səsə özünü yetirən nənəsi Fatma uşağın niyə ağlamağı ilə maraqlandı. Gəlin əli ilə qayınatasını göstərdi. Fatma xanım odlandı:
— A kişi, görmürsən uşaq boğulur? O zəhrimarı çıxıb eşikdə çəksən olmaz? Yeddi ildən sonra nə müsibətlə bir uşaq tapmışıq, onu da sən zəhərləmək istəyirsən? Dur, dur çıx eşiyə, — deyə ərinə acıqlandı.
— Ay arvad, rədd ol başımdan. Qoy kinomuza baxaq, — Teymur kişi deyindi.
— Yox, yox, dur ayağa, dur çıx eşiyə, — Fatma xanım əl çəkmədi, sonra onu kürəyindən itələyib saldı həyətə.
— “Lənət sənə kor Şeytan” haa… Belə olur bax, söyülürsən, tünbətün qızı, toxumunuz kəsilsin sizin!
Teymur kişi lap əsəbiləşdi, dodaqlarının arasında olan siqaret kötüyünü tez-tez sümürə-sümürə yeni bir siqaret üçün əlini döş cibinə atdı. Bu, Fatma xanımı daha da cırnatdı:
— Səni görüm öz odunda yanasan, harayına gələn olmasın! Sən məni bu neçə ildə dəli eləyibsən, — deyə qarğış elədi.
— Get, qurban ol ki, gəlin evdədi, yoxsa sənə bir Həzrət Abbas şilləsi çəkərdim, mis dadı verərdi! — Teymur hirslə hasar qapısına tərəf addımladı. Təzəcə yandırdığı siqaretin tüstüsünü burun deşiklərindən eşiyə buraxdı. Küçəyə çıxdı. Arvadın onu çölə atması Teymur kişiyə yaman yer eləmişdi, amma hiss edirdi ki, əvvəlki gücü, heyi qalmayıb, indi çox da “zilə” gedə bilmir. Bir beş-altı il bundan qabaq olsaydı, arvadın ağzı nəydi ki, gəlinin yanında onu bayıra itələyəydi? İnan Allaha, qan salardı, amma indi? Onu gücdən salan, hər yerdə xəcalətli eləyən damağındakı bu zəhrimarıydı.
Yadına bu günlərdə olan bir hadisə düşdü: keçən bazar günü Bakıya — qardaşı oğlunun toyuna getmişdi. Toy evidi deyə, evdə çoxlu adam vardı, Teymur kişi də orada idi. O, bütün gecəni yatmadı, elə hey öskürdü. Səhərə yaxın bəlğəm gəldi, haşa məclisdən, hayxırdı, tüpürdü, tualetə girdi, otağa keçdi — bir sözlə toya gələnləri bidar* elədi, qoymadı yatmağa… Arvadı o vaxt onu nə qədər danladı. Bu yaşda siqaret üstə ər-arvad yenə savaşdılar, hamı da Fatma xanıma kömək çıxdı. Axırda qardaşı dedi ki, “Teymur, gəl, səni xeyir işdən sonra bir həkimə aparım”. Guya razı oldu, amma sonra aradan çıxdı. “Gərək həkimə gedəydim”, — deyə peşman- peşman düşündü. Ona: “Siqareti tərgit”, — deyəndə cavab verirdi ki, “mən, qırx illik yoldaşıma xəyanət eləyim?” — belə düşüncələrlə çayxanaya getmək qərarına gəldi. Çayxanaya qədər xeyli yol vardı. O, iki yüz-üç yüz metr gedib dayandı, elə bil, ayaqları yoruldu. Ona elə gəldi ki, əsəbiləşdiyi üçün belə oldu. Dincini alıb yenə getdi, bir iki yüz metr də gedəndən sonra təzədən dayanmalı oldu. Təəccübləndi: “Mənə nə oldu belə?”. Bir az yorğunluğunu alıb əli ilə ayaqlarını yoxladı. Ayaqları soyuq idi, tüklər seyrəlmişdi, dərisi də nəsə xoşagəlim deyildi. Bunu görən Teymur kişi bir az qorxdu, amma tez də özünə ürək-dirək verib çayxanaya tərəf getdi. Kefi yox idi, ona görə də orada oturanlara başı ilə salam verib hovuzun yanındakı stola yaxınlaşdı. Boş stullardan birini çəkib əyləşdi. Ayaqlarını irəli uzadıb dərindən nəfəs aldı. Bir siqaret yandırıb tüstülətdi. Fikirliydi. Qutuya baxdı, orada üç-dörd dənə siqaret qalmışdı. Yadına saldı ki, dünən axşam dükandan beş qutu siqaret aldı. Ona görə də, çayla bərabər iki qutu siqaret də sifariş verdi. “Nə edim? Bəlkə, bu zəhrimarı tərgidim?” — fikrindən keçirtdi. Amma bu iş ona çox ağır, az qala qeyri-mümkün kimi görünürdü. “Allaha təvəkkül”, — deyib çayını içməyə başladı. Ağzı zəhər kimiydi, o səbəbdən də dad nədi hiss eləmədi. Çayxanada daha kimlərin olduğunu bilmək üçün ətrafa boylandı. Sağda Məhəmməd kişi ilə Mir Həsən oturmuşdular. Bir az aralıda — çinar ağacının altında iki cavan oğlan nərd çırpırdılar. Sol tərəfdə isə rayon qəzetinin müxbirləri — Arif müəllimlə Murad müəllim qəzet oxuyur, çay içirdilər.
Teymur kişi cibindən müştüklərini çıxarıb qabağına qoydu. Onlardan biri qabıqlı uzun gilənar çubuğu, o biri isə qabığı qaşınmış qısa, yaraşıqlı müştüküydü — ikisini də həyətlərindəki gilənar ağacından özü kəsib düzəltmişdi. O, bunları həmişə cibində gəzdirər, boş vaxtı olanda çıxarıb “mafi qayda ilə” çəkərdi. Müştük ki, ortaya gəldi, bil ki, Teymur kişi hələ çox oturacaq.
Elə bu vaxt hamının yaxşı tanıdığı cərrah Aydın həkimlə bir yaşlı adam çayxanaya gəldilər, onlar hamıya salam verib keçib oturdular. Aydın həkim çayçı Mahiri yanına çağırıb alçaq səslə dedi:
— Mahir, Bakıdan qonağım var, bizə Ordubad lumusu ilə bir qəşəng pürrəngi çay ver, özü də yekə çaynikdə.
— Baş üstə, doktor! — Mahirin şən səsi eşidildi.
Teymur kişi Aydın həkimlə gələn adama bir xeyli zəndlə baxdı. “Üzü mənə tanış gəlir, amma heç cür aşıra bilmirəm. Zehnim lap kortalıb”, — deyə dilxor-dilxor düşündü, sonra müştüyə taxdığı siqaretə dəm verdi. Birdən xatırladı: “Hə, bu həmin Professordu, keçən il bacım qızını “operasiya” edən”.
Professor Aydın həkimə tərəf əyilib işgüzar şəkildə dedi:
— Çox maraqlı xəstəydi, belə hadisə nadir hallarda olur. Yadımdadı, hələ iyirmi il bundan qabaq Mustafa Topçubaşovla bir xəstəni əməliyyat edərkən belə bir anomaliyaya rast gəldik.
— Professor, Sizin bu sinteziniz çox uğurlu oldu. Mən də çox şey öyrəndim, təşəkkür edirəm.
— Mənimlə müntəzəm əlaqə saxla. Çalış təyinatı dəqiq yerinə yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünki fikrim var bir elmi məqalə hazırlayıb ikimizin imzası ilə verək İstanbuldakı “Genel cerrahiyye” jurnalında dərc olunsun.
Aydın həkim sevincək:
— Nə yaxşı olar, Professor! Bu məqalənin mənim dissertasiyama da köməyi dəyər.
İlin “qora bişirən” ayı idi. Göydən “od tökülürdü”. Hərə başını bir kölgənəcəyə soxmaq, çay, ya pivə ilə sərinləmək istəyirdi.
Uğurla bitən ağır cərrahiyə əməliyyatından sonra xəstənin qohumları Professora nə qədər yemək, içmək, kabab təklif etsələr də o, hamıya təşəkkür etmiş, bu çayxanaya gəlməyi, yolqabağı çay içib bir az dincəlməyi daha üstün tutmuşdu. Bura şəhərdə “Məmişin çayxanası” adı ilə tanınırdı. Məmiş kişinin əkiz oğlanları Mahirlə Tahir çayxananı təmiz saxlayır, müştərilərlə xoş rəftar edirdilər, çaylarına isə söz ola bilməzdi…
Bir azdan Teymur kişi çay içdiyi yerdə onu boğulma tutdu, öskürdü, öskürdü, öskürdü… Hamı dönüb Teymura tərəf baxdı, hətta nərd oynayanlar da əl saxladılar. Murad müəllim:
— Teymur əmi, yenə niyə elə öskürdün? Bir həkimə getsənə, ölürsən axı?
— Nə bilim, ay Murad müəllim, bir ildi ki, bu öskürək məni əldən salıb, istilik də ki, bir yandan…
— Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedibsən?
— Yoox. Düzü, qorxuram getməyə. Elə bilirəm nəsə əngəlli bir şeydi — ona görə getmirəm.
— Mən onu-bunu bilmirəm, səninki siqaretdəndi, Teymur əmi. Gündə nə qədər çəkirsən?
— Ha çox… Teymur kişi bir az düşündü, uşaqlığını, gəncliyini, siqaret çəkməyə nə vaxt başladığını yadına saldı: “On üç yaşımdan bu zəhrimarı çəkirəm, düz qırx iki ildi. Həmişə də papiros çəkmişəm, yəni filtrsiz siqaret. Gün olub beş “paçka” , gün olub altı “paçka” çəkmişəm. Özü də tüstü gərək mənim ürəyimə dəyə, yoxsa qanıx* verməz. Axır səkkiz-doqquz ildə səhər acqarına da çəkirəm. Nə bilim?”, — deyə Teymur günahkar adamlar kimi başını aşağı saldı…
(3 оценок, среднее: 5,00 из 5)