Страна: Азербайджан
Асиф Джалил оглу Кенгерли (Маммадли) – в 1954 г. родился городе Нахчыван. Учился в Азербайджанском Государственном Медицинском институте в Баку. В настоящее время работает психиатром-наркологом. Асиф Кенгерли начал свою творческую деятельность в 48 лет. Его первое произведение «Bəla» была издана в 2002 году. Впоследствии вышли: «Bəla» и «Беда» (Баку, 2007), «Отрава» и «Дьявольская вода» (Баку, 2012 на азербайджанском языке), «Bela» (Стамбул, 2014), в том числе «Всё о табакокурении» (2016), «Алкоголь – враг здоровья и здорового образа жизни» и «Наркомания – «оружие» уничтожения семьи» (2017). Была постановка пьесы «Bəla» в театре, которая прошла с аншлагом. Пьеса «Беда» и «Отрава» входит в золотой фонд национального радио. Также завершен фильм (2018), в котором автор снялся в роли главного врача. Асиф Кенгерли удостоин почётных премии «Qızıl qələm» («Золотое перо», 2012), «İlin vətənpərvər adamı» («Патриот года», 2013), а также входит в Союз Писателей Народов Мира (2016).
Country: Azerbaijan
Asif Jalil oghlu Kangarli (Mammadli) was born in 1954 in Nakhichevan city. Studied at the Azerbaijan State Medical Institute in Baku. He is currently working as a psychiatrist-narcologist. He started his artistic creativity in 2002 when he was 48 years old. His first work «Disaster» was published in 2002 Subsequently came out: «Disaster» and «Trouble» (Baku, 2007), “Venom” and “Water of evil” (Baku, 2012 in Azerbaijani), «Disaster» (Istanbul, 2014), including «Everything About Tobacco Use» (2016), «Alcohol — the Enemy of Health and Healthy Lifestyle» and «Drug — the Weapon for Family Destruction» (2017). There was a production of the play «Disaster» in the theater, which was sold out. The play «Disaster» and «Venom» is included in the golden fund of the national radio. Also completed the film (2018), according to the script of the author, in which he starred as the chief physician. Asif Kangarli is the laureate of “Golden pen” (2012) and “Patriot of the year” (2013). He is a member of the World Peoples Writers Union (2016).
Отрывок из малой прозы “ALLAHIN BƏXŞİŞİ”
‘Allahı adama versə, Mürsəl təpəsində də verər”.
Deyim
Keçən əsrin əvvəllərində, Nikolay vaxtı* Naxçıvan kəndlərinin birində otuz altı-otuz yeddi yaşlarında Cəmşid adlı bir kişi yaşayırdı. Onun dörd qızı, üç oğlu, bir də öhdəsində doxsan yaşlı qoca nənəsi vardı. O, külfətini çox çətinliklə, bir qarın ac, bir qarın tox dolandıra bilirdi. O qədər korluq çəkirdi ki, hərdən az qala həyatından bezirdi, bilmirdi ki, başına haranın daşını salsın. Bu çətinliyə bir çarə tapa bilmir, elə hey vurnuxur, düşünür, düşünürdü…
Bir yandan da Bakı tərəfdən qəribə xəbərlər gəlib kəndə çatırdı ki, guya kiminsə neft quyusu fontan vurdu, lütün biri bir günün içində oldu milyonçu. Nə bilim iş çox, dolanışıq yaxşı… Dünən Bakıdan gələn isə kənddəki çayxanada elə şeylər danışdı ki, Cəmşidi lap yerindən-yurdundan elədi. Cəmşid evə gəldi, papağını qabağına qoyub çox fikirləşdi, “dağı arana, aranı dağa apardı”, axırda bu qərara gəldi ki, Bakıya getsin, bəlkə, ailəsinə bir gün ağlaya bildi. O, uşaqlar yatandan sonra arvadı Zöhrəni yanına çağırdı:
— Seyid qızı, belə yaşamaq lap cəhənnəm əzabıdı, iş yox, güc yox, pul-para yox. Bə biz nə vaxta qədər it günündə yaşayacağıq? Güllü, maşallah irilib, on iki yaşa ayaq qoyub, bu gün-sabah qapımızı döyəcəklər, onu köçürməyə nəyimiz var? “Bir həsirik, bir Məmmədnəsir”! Mən uşaqcanlıyam, bilirsən, öz balalarım üçün heç zad eləyə bilmirəm, bu da mənə dərd olur, ona görə də bağrım çatlayır. Bayaq çayxanada Bakıdan gələn bir nəfər var idi, deyirdi ki, Bakıda yaxşı iş də var, pul-para da. İstirəm gedim bir-iki illiyinə orda işləyim, pul qazanım, qayıdım gəlim, nə deyirsən? — deyə yazıq-yazıq Zöhrəyə tərəf baxdı. Zöhrə başını aşağı dikdi, fikrə getdi, sonra alçaq səslə:
— Mən nə deyim? Allah bilən məsləhətdi, kişi sənsən, özün bilərsən…
Cəmşid sübh tezdən durdu, çarığını geyib, patavasını bərkitdi, belinə üç əppək bağlayıb, “ya Allah” deyib yola düşdü, Naxçıvana, dəmiryol vağzalına gəldi. Pulu yox idi, ona görə də yük vaqonunda Tiflis yolu ilə birtəhər Bakıya gəlib çıxdı…
Cəmşid elə bilirdi ki, Bakıda pul xəzəl kimi tökülüb küçələrə, bir süpürəni çatmır. Tezliklə səhv elədiyini anladı, amma geri dönmək arına gəldi. Özünə yaxşı iş tapmaq üçün haralara getmədi? Amma heç yerdə ürəyi istəyən qazanclı bir iş tapa bilmədi: gah bu mədəndə işlədi, gah o biri mədəndə, gah qara fəhlə oldu, gah daşıqçı, gah bağban, gah da ki, küçə süpürən. Nə isə… İki il ərzində istirahət günü, bayram günü bilmədi, canı-dildən işlədi, amma əlinə beş-üç manat pul keçirə bilmədi ki, bilmədi. Üstəlik üstü-başı töküldü, arıqladı, xəstələndi, qocaldı…
(4 оценок, среднее: 5,00 из 5)