Страна: Азербайджан
Асиф Джалил оглу Кенгерли (Маммадли) – в 1954 г. родился городе Нахчыван. Учился в Азербайджанском Государственном Медицинском институте в Баку. В настоящее время работает психиатром-наркологом. Асиф Кенгерли начал свою творческую деятельность в 48 лет. Его первое произведение «Bəla» была издана в 2002 году. Впоследствии вышли: «Bəla» и «Беда» (Баку, 2007), «Отрава» и «Дьявольская вода» (Баку, 2012 на азербайджанском языке), «Bela» (Стамбул, 2014), в том числе «Всё о табакокурении» (2016), «Алкоголь – враг здоровья и здорового образа жизни» и «Наркомания – «оружие» уничтожения семьи» (2017). Была постановка пьесы «Bəla» в театре, которая прошла с аншлагом. Пьеса «Беда» и «Отрава» входит в золотой фонд национального радио. Также завершен фильм (2018), в котором автор снялся в роли главного врача. Асиф Кенгерли удостоин почётных премии «Qızıl qələm» («Золотое перо», 2012), «İlin vətənpərvər adamı» («Патриот года», 2013), а также входит в Союз Писателей Народов Мира (2016).
Country: Azerbaijan
Asif Jalil oghlu Kangarli (Mammadli) was born in 1954 in Nakhichevan city. Studied at the Azerbaijan State Medical Institute in Baku. He is currently working as a psychiatrist-narcologist. He started his artistic creativity in 2002 when he was 48 years old. His first work “Disaster” was published in 2002 Subsequently came out: “Disaster” and “Trouble” (Baku, 2007), “Venom” and “Water of evil” (Baku, 2012 in Azerbaijani), “Disaster” (Istanbul, 2014), including “Everything About Tobacco Use” (2016), “Alcohol – the Enemy of Health and Healthy Lifestyle” and “Drug – the Weapon for Family Destruction” (2017). There was a production of the play “Disaster” in the theater, which was sold out. The play “Disaster” and “Venom” is included in the golden fund of the national radio. Also completed the film (2018), according to the script of the author, in which he starred as the chief physician. Asif Kangarli is the laureate of “Golden pen” (2012) and “Patriot of the year” (2013). He is a member of the World Peoples Writers Union (2016).
Отрывок из прозы “BİR ÖMÜR HEKAYƏSİ”
İkinci Dünya müharibəsinin qızğın dövrü, 1943-cü iliydi. Bütün ölkə: “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə işləyirdi. Camaat evindəki qır-qızılı tank-top almaq üçün verir, qadınlar əsgərlərə yun corab, əlcək, isti köynək toxuyur, kolxozda* gecə-gündüz çalışıb can qoyur, cəbhəyə çoxlu məhsul göndərirdilər ki, bəlkə, faşizmə qalib gələlər. Hamı – kənddə də, şəhərdə də çətin günlərini yaşayırdı: hər yerdə aclıq, soyuq, pulsuzluq, imkansızlıq hökm sürürdü. Əhmədin doğma kəndi Şahtaxtıda da vəziyyət elə hər yerdə olduğu kimi, ağırıydı: kişilərin çoxu cəbhəyə getmiş, iş yeniyetmələrlə, qadınlara qalmışdı…
Əhmədin atası Cəbrayılı 1941-ci ildə, böyük qardaşı İnqilabı isə bir il sonra müharibəyə aparmışdılar. Ev ilə kolxozun işi Əhmədlə anası Əfruzun öhdəsinə düşmüşdü, bacısı Solmazla sonbeşikləri Əziz isə hələ xırdaydılar. Heç beş-altı ay keçməmiş atasının qara kağızı gəldi, qardaşından isə çoxdan idi ki, xəbər-ətər yoxuydu. Yazıq Əfruz uşaqlar sıxılmasın deyə hərdən dalda bir yerə çəkilir, xısın-xısın ağlayıb ürəyini boşaldırdı. Əhməd anasının gözünün qızarmağından bilirdi ki, o, yenə ağlayıb.
O vaxt Əhmədin 16 yaşı vardı, sümüklü uşaq olduğundan yaşından böyük görünürdü, o da onun başına bəla oldu.
Bu kənddə Çolaq Murtuz deyilən bir sovet* sədri vardı, Cəbrayılın ölüm xəbəri çıxandan, Əfruza göz verib işıq vermir, onu qarabaqara izləyirdi. Əfruzun dolu əndamı, məlahətli üzü Murtuzun yuxusunu qaçırmış, ona yaman vurulmuşdu.
Əfruzun məlahətli çöhrəsini təsəvvür eləmək üçün Türkiyə kinosunun sultanı Türkan Şorayı yada salmaq kifayətdir, çünki Əfruz ona çox oxşayırdı. Əfruzun əmioğlusu – Turkan Şorayın atası vaxtilə Şahtaxtıdan Türkiyəyə getmiş, onun anası ilə evlənmiş, o məlahəti də irsən Türkana ötürmüşdü… Yəqin elə ona görə də deyirlər ki, “Naxçıvanın duzu, qızı, qarpızı”.
Murtuz dəfələrlə Əfruzun qabağını kəsib:
– Əfruz, ölürəm səndən ötrü! Gəl, səni alım. Vallah, nə istəsən verrəm, sənə də, uşaqlara da yaxşı baxaram, bax, peşman olmazsan, Əfruz, – deyirdi.
Əfruz isə qəti etiraz eləyərək:
– Mənə sənin heç zadın lazım deyil, get, cəhənnəm ol! – cavabını verirdi.
– Ərin də ölüb, daha nəyi gözləyirsən, ay qız? Bu dünya beşgünlükdü, beşi də qara. Gəl, bir yerdə yaşayaq, kef eləyək, nə deyirsən, həə?
– Yox, yox! Mən Cəbrayıl kimi kişinin papağını yerə vura bilmərəm, Əhməd kimi oğulu öz kefim üçün tay-tuş yanında xar eləyə bilmərəm, bildin? Bir də mənim qabağımı kəssən, özündən küs, Əli əmioğluya deyəcəm!
Əfruz Əli əmioğlu dedikdə kolxoz sədri, Naxçıvan MSSR Ali Sovetinin deputatı, sonralar Sosialist Əməyi Qəhrəmanı* adı almış Əli Məmmədovu nəzərdə tuturdu. Hamı – uşaqdan böyüyə kimi kənddə ona Əli əmioğlu deyirdi, çünki qeyrətli kişiydi, onun qorxusundan heç kim qız-gəlinə söz deyə bilməzdi. Murtuz beş barmağı kimi bilirdi ki, əgər bu söhbət Əli əmioğlunun qulağına çatsa, onu bir günün içində elə itirər ki, bir də kəndin suyunu içə bilməz, ona görə də Murtuz Əli əmioğludan it kimi qorxurdu. O, istər-istəməz geri çəkildi, amma Əfruzdan hayıf çıxmaq üçün oğlu Əhmədi on səkkiz yaşlı uşaqların siyahısına salıb Bakıya – neft mədənlərinə fəhləliyə göndərdi. Yazıq Əfruz nə qədər özünü ora- bura vursa da, ağlayıb sızlasa da xeyri olmadı, onun oğlunu da o biri uşaqlara qatıb Şahtaxtı dəmiryol vağzalına gətirdilər. Anası əppəyin* arasına beş-altı qovurma tikəsi, bir də pendir büküb oğluna qısdırdı:
– Əhməd, bala, sən sadəlövhsən, hər şeyə tez inanansan, bax, bir pis müsahibdən, bir də soyuqdan-zaddan özünü qoru, yaxşı, anan qurban. Orda sənin heç kimin olmayacaq, iki gözün var, iki göz də satın al, iki qulağın var, iki qulaq da satın al, yaxşı? – deyə ona bir ucdan nəsihət edir, o biri ucdan da yaylığı ilə ixtiyarsız axan göz yaşlarını qurulayırdı. Birdən parovoz fit verdi, qatar yavaş- yavaş tərpəndi. Əhmədin içində elə bil nə isə qırıldı, kənd də, kənddəkilər də – hər şey, hər şey arxada qaldı… Onu qəhər boğdu, hönkür-hönkür ağlamaqdan özünü zorla saxladı. İçəri keçdi. Əhməd kupedə qonşu kənddən olan İsgəndər adlı bir oğlanla tanış oldu, sözləri tutdu, dostlaşdılar. İsgəndərin anası yoxuydu, yola hazırlıqsız çıxmışdı, ona görə də Əhmədin nəyi varıydısa onunla qardaş kimi yarı böldü.
Əvvəllər dəmir yolu ilə Naxçıvandan Bakıya getmək üçün əvvəlcə İrəvana, ordan Tiflisə, Tiflisdən isə Bakıya getmək lazım idi. 1942-ci ildə Arazın qırağı ilə Culfadan Bakıya təzə dəmir yolu xətti çəkildiyindən yol xeyli qısalmışdı, ona görə də qatar ertəsi gün Bakıya gəlib çatdı. Onları vağzaldan birbaşa yataqxanaya apardılar, orada komendant – sağ olsun – ikisini də bir otağa saldı. Sabahısı gün isə uşaqları buruqlara payladılar.
Cəbhəyə neft hava-su kimi lazımıydı, onunçün də Əhmədgil bazar günü, bayram günü bilmədən hər gün 12-15 saat işləyir, neft çıxarırdılar.
Əhməd elə binadan zəhmətkeş uşağıydı, o, özünü deyil, həmişə özgələri düşünürdü. Kənddə olanda ev işlərində anasına çox kömək eləyir: evi süpürür, qabları yuyur, paltarları çeşmədə durulayır, mal- heyvanı rahatlayırdı. Hər gün səhər sobanı qalamaq, odun yarmaq, kərmə* kəsmək, yonca biçib bağlamaq, tikan cəmələyib taya vurmaq, evin min cür işinə yaramaq da onun işiydi. O, çalışırdı ki, evdəkilər üçün rahat olsun, “qoy innamgil* əziyyət çəkməsinlər”, bu hərəkətinə görə anası onu çox istəyir, “Əhməd mənim həm oğlumdu, həm də qızım”, – deyə qürrələnirdi. Elə yataqxanada da öz xasiyyətindən əl çəkmir, İsgəndər gələnəcən otağı yığışdırır, qabları yuyur, ərzaq kartı ilə aldıqlarından axşama bir şey hazırlayırdı. İsgəndər də insafən pis oğlan deyildi, o da tez gələndə ev işlərini görürdü. Bu iki dostun yeməyi də, qazancı da, dərdi də biriydi, bir- birinə qəlp söz demir, yaxşı yola gedirdilər…
İllər gəlib keçdi, nəhayət, müharibə qurtardı. 3,5 milyonluq respublikamızdan 650 mini müharibəyə getmiş, onlardan 350 mini: ölən ölmüş, əsir düşən əsir düşmüş, qalanları isə geri qayıtmağa başlamışdılar. Tərxis olunanlardan qolu-qıçı olmayan, bədənində müxtəlif xəstəlik, qəlpə gətirənlər saysız-hesabsızıydı, amma ən acına- caqlısı isə sinəsi orden-medallı bu veteranların əksəriyyətinin bir əldə papiros, o biri əldə araqla evə dönmələriydi ki, bu da sonradan bizim tabakomaniya və alkoqolizm kimi bəlalarımızın başlanğıcı oldu…
(5 оценок, среднее: 4,00 из 5)